İdman · Futbolpress.az

Əfsanəvi futbolçu Bakıda uşaqlarla bir araya gəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əfsanəvi futbolçu Bakıda uşaqlarla bir araya gəldi xəbəri üçün şəkil

Bakı Olimpiya Stadionunda FIFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə “Boots for All” festivalı baş tutub.

Futbolpress.az xəbər verir ki, fiziki tərbiyə müəllimləri üçün təşkil olunan ikigünlük metodik seminarın yekununa həsr olunan tədbirdə 120-dən artıq məktəbli ilə yanaşı, dünya futbolunun əfsanəsi, bolqarıstanlı sabiq hücumçu Xristo Stoiçkov da qonaq qismində iştirak edib.

Açılış mərasimində çıxış edən Stoiçkov uşaqlara idmanın həyatlarındakı müsbət rolundan bəhs edərək onları futboldan zövq almağa və arzularının arxasınca ruhla getməyə səsləyib. AFFA-nın baş katibi Cahangir Fərəcullayev də öz növbəsində qonaqlara minnətdarlığını çatdırıb. Tədbirin sonunda Fərəcullayev və İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə FIFA nümayəndələrinə xatirə hədiyyələri təqdim ediblər.

Festivalın ən yaddaqalan məqamı isə iştirak edən bütün uşaqlara FIFA tərəfindən xüsusi futbol butslarının hədiyyə olunması olub.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑