Dünya · Editor.az

Avstraliyalı balıq tutarkən təsadüfən milyonçu olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Avstraliyalı balıq tutarkən təsadüfən milyonçu olub xəbəri üçün şəkil

Avstraliyanın Darvin şəhərində yaşayan 26 yaşlı Metyu Moris balıq ovu zamanı gözlənilmədən 1 milyon Avstraliya dolları (təxminən 696 min ABŞ dolları) məbləğində pul mükafatı qazanıb.

Editor.az “Guardian” qəzetinin məlumatına görə xəbər verir ki, Moris xaricdən qonaq gələn qardaşı ilə birlikdə balıq tutmağa yollanıb. Gəncin sözlərinə görə, onun əsas məqsədi qardaşı ilə vaxt keçirmək olub.

Söhbət zamanı Moris təsadüfən uzunluğu təxminən 80 santimetr olan ağ dəniz xanisini tutub. Balığın üzərində qırmızı nişanın olması isə onun həyatını dəyişib.

Məlum olub ki, “Million Dollar Fish” adlı balıq ovu yarışmasının təşkilatçıları bölgənin su hövzələrinə üzərində xüsusi nişanlar olan 100 dəniz xanisi buraxıblar. Bu balıqlardan hər birini tutan şəxsə 10 min Avstraliya dolları məbləğində mükafat nəzərdə tutulub. Qırmızı nişanlı balığı tutan şəxs isə baş mükafat olaraq 1 milyon Avstraliya dolları qazanıb.

Maraqlısı budur ki, Moris yarışmada iştirak etmək niyyətində olmadığından rəsmi qeydiyyatdan da keçməyib. Buna baxmayaraq, təsadüfən tutduğu balıq ona böyük sərvət qazandırıb.

Qalib jurnalistlərə açıqlamasında qazandığı pulla, böyük ehtimalla, ev alacağını bildirib.

//Gülnarə Abasova, Editor.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑