ABŞ prezidenti Donald Tramp oktyabrın 27-də Venesuelanın ABŞ-a 51-ci ştat kimi birləşdirilə biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Tramp Texasda seçkiqabağı mitinqdə çıxışı zamanı Venesuelanın çiçəklənən ölkəyə çevriləcəyini deyib.
“Venesuela çiçəklənən ölkə olacaq. Kim bilir, bəlkə də bir gün, hətta çox yaxında çiçəklənən 51-ci ştatımıza çevriləcək. Belə bir imkan var”, – deyə o bildirib.
Trampın sözlərinə görə, bu halda Venesuelada prezident seçkiləri əvəzinə qubernator seçkiləri keçiriləcək.
Avqustun 1-də Tramp sosial şəbəkələrdə Venesuelanın ərazisinin ABŞ bayrağının rəngləri ilə göstərildiyi və “51-ci ştat” yazısı olan şəkil paylaşmışdı. O, eyni görüntünü mayın 12-də də dərc etmişdi.
Mayın 11-də isə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes ölkəsinin ABŞ-nin 51-ci ştatına çevrilməyəcəyini bildirmişdi.
Bizim.Media
Tramp: “Venesuela çiçəklənən ölkə olacaq”

Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.



