Dünya · Milli.az

Tramp Cinpinlə görüşəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Tramp Cinpinlə görüşəcək xəbəri üçün şəkil

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə o, Texas ştatından qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlərdən savayı nüvə tərksilahı ilə bağlı müzakirələr planlaşdırılır.

"Bizim artıq Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşümüz planlaşdırılıb. Bundan əlavə, nüvə tərksilahı ilə bağlı görüş də nəzərdə tutulub. Başa düşdüyüm qədərilə, bu, çox mühüm, bəlkə də ən mühüm görüşdür. Biz müxtəlif ölkələrin nüvəsizləşdirilməsini müzakirə edirik", - deyə o, Tramp bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sonuncu dəfə Çin Sədri Si Cinpinlə 2026-cı il sentyabrın 24-də Vaşinqtonda, Ağ Evdə görüşüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑