Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sabiq baş müşaviri Oqtay Saral istefasından sonra sosial media səhifələrində dəyişikliklər edib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Saral profilindəki “Türkiyə Respublikası Prezidentinin Baş müşaviri” yazısını silib və fon şəklini də Türkiyə bayrağı ilə əvəz edib.
Saral həmçinin səhifəsində fon şəkli kimi istifadə etdiyi Prezident Sarayının fotosunu Türkiyə bayrağının şəkli ilə əvəz edib.
Qeyd edək ki, Oqtay Saral bir müddət öncə Azərbaycan Nazirlər Kabinetinin ümumtəhsil məktəblərində təhsilalanlar və təhsilverənlərin geyim normaları ilə bağlı qərarını tənqid etdikdən sonra vəzifəsindən istefa verib.



