Dünya · Axar.az

Belçikalı narkobaron İstanbulda tutuldu - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Belçikalı narkobaron İstanbulda tutuldu - Video xəbəri üçün şəkil

Belçikalı narkobaron İstanbulda saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Daxili işlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, İstanbul Polis İdarəsinin Narkotiklərlə Mübarizə və Kəşfiyyat şöbələrinin birgə keçirdikləri əməliyyatlar nəticəsində S.G. adlı şəxs Zeytunburnu rayonunda saxlanılıb.

Nazirlikdən bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və cinayətkar təşkilat yaratma ittihamları ilə beynəlxalq səviyyədə axtarışda olan S.G.-nin mütəşəkkil cinayət sindikatının rəhbəri olduğu və Belçikada qurduğu beynəlxalq narkotik şəbəkəsini idarə etdiyi müəyyən edilib.

Həmin şəxsin Kolumbiyadan 2 ton kokainin daşınmasını təşkil etdiyi məlum olub. Narkotik vasitələr Kolumbiyadan Belçikaya gətirilib və oradan da bütün Avropaya paylanılacaqmış.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑