Dünya · Publika.az

Bolsonaro qaçdı, Lula da Silvanın reaksiyası belə oldu: Onun birinci evi ABŞ-dır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bolsonaro qaçdı, Lula da Silvanın reaksiyası belə oldu: Onun birinci evi ABŞ-dır xəbəri üçün şəkil

Braziliyada prezident seçkilərində uduzan senator Flavio Bolsonaronun gizlədəcək bir şeyi var, çünki o, gizlicə ABŞ-a qaçmaq qərarına gəlib.

Publika.az xəbər verir ki, bunu Braziliya prezidenti seçilmiş Lula da Silva deyib.

"Sizə demək istəyirəm ki, günahsızların qorxacaq bir şeyi yoxdur. Amma günahkarlar qorxurlar. Öz ölkəsini gizlicə tərk edən insan bunu gizlədəcək bir şeyi olduğu üçün edir", - deyə o bildirib.

Da Silva rəqibinin qaçmaq qərarından təəssüfləndiyini qeyd edib. Bolsonaro öz ölkəsində qalmaqla ona qarşı irəli sürülən ittihamların yalan olduğunu sübut edə bilərdi. Seçilmiş prezident qeyd edib ki, bütün sənədlərini, eləcə də həyat yoldaşı və uşaqlarının sənədlərini seçki məhkəməsinə təqdim etməklə rəqibinə dürüstlük nümunəsi göstərməyə çalışıb. Lakin Bolsonaro bunu bacarmayıb.

“O, dürüstlüyünə dair bir dənə də olsun sübut təqdim etməyib. Bu adam planetdə indiyə qədər rastlaşdığım ən vicdansız insandır. Onun həqiqətə heç bir sadiqliyi yoxdur”, - deyə Lula da Silva əlavə edib.

Siyasətçinin sözlərinə görə, Bolsonaronun yalanları təkcə siyasi debatların iştirakçılarına deyil, həm də onları evdə izləyən insanlara hörmətsizlik nümayiş etdirirdi. O, əlavə edib ki, rəqibinin Braziliyanı tərk etmək qərarı utancverici və rüsvayçı bir hərəkətdir.

"Amma təəssüf ki, Bolsonaronun ailəsi məhz belədir. Braziliya onun ikinci evidir. Və onun birinci evi amerikalıların qarşısında yalvardığı ABŞ-dır", - deyə Braziliya lideri yekunlaşdırıb.

Müəllif: Tural

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑