13:25
İspaniyanın Kastiliya-La-Mança muxtar vilayətinin mərkəzi Toledoda Urda stansiyası yaxınlığında iki qatar toqquşub, ən azı 10 nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə Kastiliya-La-Mança hökumətinin mətbuat katibi Ester Padilya bildirib.
Qatarlardan biri "Renfe", digəri isə "Iryo" şirkətinə məxsus olub. "Renfe" şirkəti hazırda Madrid, Syudad-Real və Andalusiya arasında qatarların hərəkətinin dayandırıldığını bildirib.
Bildirilib ki, xəsarət alanların sayı çoxdur.
***
İspaniyada qatarların toqquşması nəticəsində ən azı 46 nəfər həlak olub, 150 nəfər isə yaralanıb.
Bu barədə "Telegraf" agentliyi məlumat yayıb.
Bildirilib ki, ən azı 4 vaqon aşıb.
***
Qatarların toqquşması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.
Bu barədə Rusiya mediası məlumat yayıb.
179-dan çox insanın isə xəsarət aldığı bildirilib.
Qeyd olunub ki, qəzaya uğrayan qatarlarda ümumilikdə 544 sərnişin olub.




