Dünya · Milli.az

Ermənistanda növbədənkənar seçkilər gündəmə gəldi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ermənistanda növbədənkənar seçkilər gündəmə gəldi xəbəri üçün şəkil

Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı istisna edilmir.

Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" partiyasından olan sədr müavini Vahaqn Aleksanyan oktyabrın 28-də jurnalistlərə açıqlamasında bildirib ki, növbədənkənar seçkilərin keçirilib-keçirilməyəcəyi hələ məlum deyil və bu, mümkün ssenarilərdən biridir.

O, müxalifətin xalqın Konstitusiya ilə bağlı öz iradəsini ifadə etməsinə qarşı çıxacağını düşünmədiyini qeyd edib.

Aleksanyanın sözlərinə görə, Ermənistanın baş naziri dövlət maraqlarını müdafiə edən müxalifətin formalaşdırılması məsələsində ehtiyatlı davranmağın vacibliyini vurğulayıb.

Sədr müavini hakimiyyətin özünə tabe olan "cib müxalifəti" yaratmağa ehtiyac duymadığını bildirib. Onun fikrincə, hakim qüvvə yeni müxalifətin formalaşdırılması ilə bağlı çağırışlar etməkdən əlavə, bu istiqamətdə fəal addımlar atmamalıdır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑