Dünya · Publika.az

Məktəblərdə şahmat məcburi ola bilər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məktəblərdə şahmat məcburi ola bilər xəbəri üçün şəkil

Rusiyada şahmatın məktəb proqramına daxil edilməsi təklif olunub.

Publika.az xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.

Ekspert Amet Volodarskinin sözlərinə görə, şahmat dərsləri şagirdlərin diqqətini cəmləməyə və strateji düşünmə bacarıqlarını inkişaf etdirməyə kömək edə bilər.

O bildirib ki, müasir məktəblərdə əsas problemlərdən biri uşaqların diqqətlərini bir tapşırıq üzərində cəmləyə bilməməsidir. Şahmat isə məntiqi təfəkkürü və səbirli olmağı inkişaf etdirən vasitələrdən biridir.

Volodarski qeyd edib ki, dərslərin könüllü təşkili şagirdlərin iştirakını məhdudlaşdıra bilər. Buna görə də şahmatın standart təhsil proqramı ilə əlavə təhsilin birləşdirilməsi əsasında tədrisi məqsədəuyğun hesab olunur.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑