“İsraildə keçirilən parlament seçkiləri beynəlxalq diqqəti öz üzərinə cəlb edib. Çünki bu seçkilərin nəticələri Yaxın Şərqdəki proseslərə ciddi təsir göstərə bilər”.
Bu sözləri Globalinfo.az-a politoloq Oqtay Qasımov oktyabrın 27-də İsraildə Knessentə keçirilən seçkilərin nəticələrini şərh edərkən deyib.
Politoloq bildirib ki, bütün region İsraildə baş nazir vəzifəsini icra edən Benyamin Netanyahunun məğlub, yoxsa qalib olacağını uzun müddətdir gözləyir:
“Sorğular göstərir ki, onun partiyası birinci yerə çıxa bilsə də, təkbaşına hökumət qura bilməyəcək. Onun müxalifətdəki əsas rəqibləri keçmiş Baş Qərargah rəisi Qadi Eyzenkot və keçmiş baş nazir Naftali Bennetdir. Onların hər birinin ayrılıqda təkbaşına hökumət qurmaq imkanları zəifdir.
İsrail seçkilərinin nəticələri ayın 4-də rəsmi şəkildə məlum olacaq. Bütün hallarda Likud Partiyası Eyzenkotun partiyası ilə başabaş mübarizə aparır. Birinci yeri tutan partiyalara hökumət qurmaq tapşırılacaq. Burada ən çətin məsələ koalisiya hökumətinin formalaşdırılmasıdır. Netanyahu bunu dəfələrlə bacarıb. Əgər Netanyahunun partiyası birinci deyil, ikinci olsa belə, onun koalisiya hökuməti qurmaq imkanları yüksək deyil.
Əgər heç bir partiya hökumət qura bilməsə, 90 gün müddətində yenidən seçkilər keçiriləcək. Hesab edirəm ki, hazırkı şərtlər daxilində Netanyahunun hökumət qurmaq imkanları daha zəif olsa da, bu ehtimal gündəmdədir. Çünki Benyamin Netanyahunun təcrübəsi və koalisiya hökuməti qurmaq bacarığı böyükdür. Yəni o, yenə də baş nazir ola bilər. Müxalifət torparlana bilməsə, bunun baş verməsi mümkündür. Burada kifayət qədər ziddiyyətli məqamlar var”.
Turan Rzayev
Globalinfo.az




