ABŞ-nin Yuta ştatında 1974-cü ildə qətlə yetirilən 17 yaşlı Melissa Ann Smitin cinayəti təxminən 52 ildən sonra DNT analizləri nəticəsində açılıb. Araşdırmalar gənc qızın qətlində ABŞ tarixinin ən məşhur seriyalı qatillərindən biri olan Ted Bandinin əli olduğunu üzə çıxarıb.
Sfera.az xəbər verir ki, “Anadolu” Agentliyinin məlumatına görə, bu ilin aprelində Laura An Aimenin də Bandi tərəfindən öldürüldüyü müəyyənləşdirildikdən sonra həmin iş üzrə əldə olunan sübutlar Melissa An Smitin meyitindən götürülmüş DNT nümunələri ilə müqayisə edilib.
Aparılan laboratoriya təhlilləri iki cinayət arasında əlaqə olduğunu göstərib. Nəticədə istintaq orqanları Smitin ölümünə görə də Ted Bandinin məsuliyyət daşıdığı qənaətinə gəlib.
Qeyd edək ki, yerli polis rəhbərlərindən birinin qızı olan 17 yaşlı Melissa An Smitin meyiti 27 oktyabr 1974-cü ildə meşəlik ərazidə bir ovçu tərəfindən aşkarlanmışdı. İstintaq zamanı gənc qızın cinsi zorakılığa və işgəncəyə məruz qaldığı müəyyən edilmişdi. Lakin həmin dövrdə cinayətin üstünü açmaq mümkün olmamışdı.
İradə Elsevər






