Dünya · Publika.az

Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov xəbəri üçün şəkil

“Bu gün Azərbaycan İslam dünyasının mühüm üzvü kimi İslam həmrəyliyinin güclənməsinə, İslam ölkələri arasında birliyin daha da möhkəmlənməsinə öz töhfəsini verir”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirdi.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyini yeni əldə etmiş bir dövlət olsa da, qısa müddət ərzində çox böyük inkişaf yolu keçib:

“Bu gün Azərbaycan müsəlman ölkələri ilə əlaqələrin inkişafına və daha da güclənməsinə mühüm töhfə verir. İslam dünyasında həmrəyliyin möhkəmləndirilməsi, islamofobiyaya qarşı mübarizə və müsəlman ölkələri arasında birliyin gücləndirilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri çox böyük əhəmiyyət daşıyır. Ölkəmiz islamofobiya ilə mübarizədə mühüm səylər göstərir və bununla bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu mənada, bu gün proseslərə nəzər saldıqda görürük ki, Azərbaycanın təşəbbüsləri müsəlman ölkələri tərəfindən yüksək qiymətləndirilir, diqqətlə və maraqla izlənilir”.

Deputat qeyd etdi ki, Azərbaycan artıq sadəcə regional oyunçu deyil, qlobal səviyyədə sivilizasiyalararası körpü rolunu oynayan mərkəzdir:

“Azərbaycanın Asiya ilə Avropa arasında mədəniyyət qovşağında yerləşməsi təkcə coğrafi üstünlük deyil, həm də əsrlərin süzgəcindən keçmiş bir yaşam tərzidir. Cəmiyyətimizdəki sabitliyin və ahəngdarlığın təməlində məhz dini və etnik dözümlülük dayanır. Konstitusiyamıza əsasən, bərabər hüquqlara malik olan müxtəlif xalqlar və dinlərin nümayəndələri Azərbaycanda sadəcə qonşu kimi deyil, bir ailə kimi yaşayırlar. Bu, sübut edir ki, multikulturalizm Azərbaycanda süni şəkildə yaradılmış layihə deyil, xalqımızın milli təfəkkürünün tərkib hissəsidir.

Azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları bir amal ətrafında birləşdirən güclü mənəvi sütundur. Bu birliyin əsl gücü və sınağı İkinci Qarabağ müharibəsi zamanı özünü büruzə verdi. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş ədalətin bərpası və ərazi bütövlüyümüzün təmin olunması üçün qələbəmizin rəmzinə çevrilmiş “Dəmir yumruq” kimi birləşdi. Bu, daxili sabitliyimizin və həmrəyliyimizin qırılmazlığını göstərən ən bariz nümunədir”.

Müəllif: Roza

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑