Dünya · News24.az

İspaniyada üçgünlük matəm elan olundu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniyada üçgünlük matəm elan olundu xəbəri üçün şəkil

İspaniyanın Əndəlüs muxtar vilayətinin hakimiyyəti Toledo əyalətində baş verən ağır qatar qəzasında həlak olanların xatirəsinə üçgünlük matəm elan edib.

News24.az xəbər verir ki, bu barədə region hökumətinin rəhbəri Xuan Manuel Moreno “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

“Biz Əndəlüsdə bu gündən başlayaraq gələn şənbəyə – 31 oktyabradək üçgünlük rəsmi matəm elan edirik. Dəhşətə gəlmişik. Bütün Əndəlüs bu dəmir yolu qəzasından zərər çəkənlərlə birlikdə kədərlənir”, – deyə o qeyd edib.

Xatırladaq ki, “El Espanol” nəşrinin son məlumatlarına görə, İspaniyanın Toledo əyalətində iki sürət qatarının toqquşması nəticəsində həlak olanların sayı 64 nəfərə çatıb, 179-dan çox insan isə yaralanıb.

Hadisə Madrid-Sevilya marşrutu ilə hərəkət edən “Renfe” şirkətinə məxsus AVE sürət qatarının yolda dayanmış “Iryo” özəl daşıyıcı şirkətinin qatarına çırpılması nəticəsində baş verib. Zərbənin gücündən bir neçə vaqon relsdən çıxaraq bənddən aşıb. Ərazidə qatarların hərəkəti tamamilə dayandırılıb, aidiyyəti qurumlar faciənin səbəblərini araşdırır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑