
İspaniyada baş verən qatar qəzasında ölənlərin sayı 50 nəfərə çatıb.
Globalinfo.az bildirir ki, sürət qatarlarının toqquşması nəticəsində 179-dan çox insan yaralanıb.
Qəzaya uğrayan qatarlarda ümumilikdə 544 sərnişin olub.
***14:08
İspaniyada iki sürət qatarının toqquşması ağır nəticələrə səbəb olub. Hadisə Toledo vilayətində baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən Madridlə Əndəlüs regionunu birləşdirən dəmir yolu xəttində hərəkət dayandırılıb.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində azı 46 nəfər ölüb, çox sayda insan yaralanıb.
Safura Bənnayeva
Globalinfo.az



