Dünya · Təzadlar

Əndəlüsdə dəmiryol qəzasına görə üçgünlük matəm elan edilib - Təzadlar - Təzadlar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əndəlüsdə dəmiryol qəzasına görə üçgünlük matəm elan edilib - Təzadlar - Təzadlar xəbəri üçün şəkil

İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib.

Tezadlar.az  “The Guardian”a istinadən xəbər verir ki, bunu regional hökumətin başçısı Xuanma Moreno açıqlayıb.

“Biz sarsılmışıq. Bütün Əndəlüs bu dəmiryol qəzası nəticəsində zərər çəkənləri dəstəkləyir”, – o bildirib.

Daha əvvəl Sevilya meri Xose Luis Sans da üç günlük matəm elan edib və bütün rəsmi tədbirlərin ləğv edilməsi barədə göstəriş verib.

Dəmiryol qəzası İspaniyanın Toledo əyalətindəki Urda stansiyası yaxınlığında “Renfe” və “Iryo” qatarlarının toqquşması nəticəsində baş verib. Son məlumatlara görə, ən azı 64 nəfər həlak olub. Qəzanın səbəbi insan amili ola bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑