Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatları noyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlarda müzakirə ediləcək.
Gununesi.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, təhlükəsizlik təminatları qarşılıqlı xarakter daşımalıdır. O vurğulayıb ki, bu məsələ münaqişənin hərtərəfli həlli üçün mühüm əhəmiyyət kəsb edir.
Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın Baş naziri Rob Yettenə payıza qədər hazırlanacaq 500 milyon avro dəyərində yeni hərbi yardım paketi üçün təşəkkür edib.
Bizim.Media xəbər verir ki, Zelenski yardımın xüsusilə Ukraynanın Rusiyanın hava hücumlarını dəf etmək imkanlarını gücləndirəcək.
Bundan əlavə, Niderland Ukraynaya 1,2 milyar...
BMT Baş Assambleyası ABŞ-nin Kubaya qarşı tətbiq etdiyi iqtisadi embarqonun ləğvinə çağıran qətnaməni böyük səs çoxluğu ilə qəbul edib. Yenicag.az xəbər verir ki, səsvermədə 130 ölkə qətnamənin lehinə, 17 ölkə, […]
Source
“Netanyahunun partiyası seçkilərdə gözləniləndən də böyük uğur qazandı” Bu sözləri Yenicag.az-a açıqlamasında AĞ Partiyanın sözçüsü, politoloq Cavanşir Abbaslı bildirib. Politoloq İsraildə keçirilən seçkilərin hazırkı saata olan ilkin nəticələrini şərh edib: […]
Source
Türkiyə Rusiya və Ukraynanı Qara dənizdə ticarət gəmilərinə hücumları dayandırmağa çağırıb. Türkiyə bayrağı altında üzən, Türkiyə şirkətlərinə məxsus gəmilərə zərbə endiriləcəyi təqdirdə qanuni tədbirlər görmək hüququnu özündə saxladığını bildirib. Bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər oktyabrın 28-də Sofiyada Qara dəniz regionu ölkələrinin müdafiə nazirləri və hərbi rəhbərlərinin görüşündən sonra açıqlama verib. “Qara dənizdə ticarət […]
Alman polisi Rusiyanın tapşırığı ilə təxribat hazırlamaqda şübhəli bilinən iki Belarus vətəndaşını saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.
Bildirilib ki, onlar ölkənin cənubunda dəmir yolu və elektrik xətlərinin yaxınlığında yanğın törətməyi planlaşdırıblar.
Münhen Prokurorluğu məsələ ilə bağlı şərh verməyib.
İspaniyada onlarla insanın ölümünə səbəb olan dəmir yolu qəzası ilə əlaqədar oktyabrın 29-dan 31-dək ümummilli matəm elan edilib.
Modern.az "The Guardian"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Pedro Sançes bildirib.
"İspaniya kədər içindədir. Hökumət və bütün dövlət zərərçəkənlərin və onların ailələrinin yanındadır", - Sançes deyib.
İspaniyada dəmir yolu qəzası Toledo vilayətindəki Urda stansiyası yaxınlığında "Renfe" və "Iryo" qatarlarının toqquşması nəticəsində baş veri