Dünya · Publika.az

İspaniyada üçgünlük ümummilli matəm elan olundu - Yeniləndi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İspaniyada üçgünlük ümummilli matəm elan olundu - Yeniləndi xəbəri üçün şəkil

İspaniyada dəmir yolu qəzası nəticəsində çoxsaylı insanın həlak olması ilə əlaqədar oktyabrın 29-dan 31-dək ümummilli matəm elan edilib.

Publika.az xəbər verir ki, bunu ölkənin Baş naziri Pedro Sançes açıqlayıb.

“İspaniya kədər içindədir. Hökumət və bütün dövlət zərərçəkənlərin və onların ailələrinin yanındadır”, – baş nazir bildirib.

***

İspaniyanın Əndəlüs muxtar regionunda dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan olunub.

Publika.az xəbər verir ki, bunu region hökumətinin rəhbəri Xuanma Moreno açıqlayıb. O, qəzanın bütün Əndəlüsü sarsıtdığını və bölgə sakinlərinin faciədən zərər çəkənlərə dəstək verdiyini bildirib.

Bundan əvvəl Sevilya meri Xose Luis Sans da üçgünlük matəm elan edib və bütün rəsmi tədbirlərin ləğv olunmasını tapşırıb.

Qeyd edək ki, qəza İspaniyanın Toledo əyalətində, Urda stansiyası yaxınlığında “Renfe” və “Iryo” şirkətlərinə məxsus qatarların toqquşması nəticəsində baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində azı 64 nəfər həlak olub. Qəzanın səbəbləri araşdırılır. İlkin ehtimallara görə, insan amili rol oynamış ola bilər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑