İsraildə 26-cı çağırış Knessetinə (İsrail parlamenti –red.) seçkilərdə səslərin 60 faizinin hesablanmasından sonra əldə olunan ilkin nəticələrə görə, Baş nazir Binyamin Netanyahunun bloku 56 mandat qazanıb.
Bu barədə “Times of Israel” məlumat yayıb.
Qadi Ayzenkotun rəhbərlik etdiyi müxalifət blokunun dörd partiyası 48 mandat, ərəb partiyaları isə 16 mandat əldə edib.
Qeyd edək ki, söhbət ilkin nəticələrdən gedir və səslərin hesablanması davam etdikcə göstəricilər əhəmiyyətli dərəcədə dəyişə bilər.





