İstanbulun Beyoğlu rayonunda əvvəllər boşaldıldığı bildirilən dörd mərtəbəli bina çöküb.
Adalet.az xəbər verir ki, bu barədə "Haber7" məlumat yayıb.
Hadisənin səbəbi hələlik məlum deyil. Əraziyə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Dağıntılar altında qalanların olub-olmadığını müəyyənləşdirmək üçün axtarış və araşdırma işlərinə başlanılıb. Hadisə yerində əməliyyat davam edir.



