Dünya · Ölkə.az

Putin 90 dəqiqə danışıb - Bəs əsas məsələ barədə nə deyib?  

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Putin 90 dəqiqə danışıb - Bəs əsas məsələ barədə nə deyib?   xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, bu barədə “The Financial Times” (FT) məlumat yayıb.

Nəşrin yazdığına görə, oktyabrın 27-də V.Putinin Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə əvvəlcə 30 dəqiqədən az davam etməsi planlaşdırılan telefon danışığı 90 dəqiqəyədək uzanıb.

Məlumata görə, lakin Putin Ukraynada müharibənin dayandırılması və mümkün atəşkəsin şərtlərini müzakirə etmək əvəzinə, söhbətin böyük hissəsini Kremlin münaqişənin “əsas səbəbləri” adlandırdığı tarixi məsələlərin izahına sərf edib.

“The Financial Times”-in mənbələrinin bildirdiyinə görə, Skandinaviya liderləri V.Putinin Avropa ilə real dialoqa nə dərəcədə hazır olduğunu müəyyənləşdirmək üçün onun uzun tarixi çıxışını dinləməyə qərar veriblər.

Danışıqların ən diqqətçəkən məqamı isə Ukraynanın əsas tələbi olan təcili atəşkəs məsələsinin faktiki olaraq müzakirəsiz qalmasıdır.

Rusiya Prezidenti əvvəlki mövqeyindən geri çəkilməyib və Moskvanın irəli sürdüyü şərtlərdə israr edib. Bu səbəbdən tərəflər arasında müharibənin dayandırılması istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb.

Qeyd edək ki, oktyabrın 27-də baş tutan telefon danışığı Finlandiya və Norveç liderlərinin təşəbbüsü ilə keçirilib. Görüşün əsas məqsədi Ukraynada müharibəyə son qoyulması və Avropada təhlükəsizliyin təmin edilməsi yollarını müzakirə etmək olub.

Mürtəza
 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑