Dünya · Anews.az

Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Belqradda İsrail səfirliyinə hücum olub, təhlükəsizlik əməkdaşı yaralanıb xəbəri üçün şəkil

 

Bıçaqlı şəxs İsrailin Serbiyadakı səfirliyinin yaxınlığında təhlükəsizlik əməkdaşına hücum edib. 

İsrail mediasının xəbərinə görə, hücumu törədən yetkinlik yaşına çatmayan şəxs zərərsizləşdirilib, onun şəxsiyyəti hələlik müəyyənləşdirilməyib. 

Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirib ki, hakimiyyət baş verənləri terror aktı kimi qiymətləndirir. 

Məlumata görə, hücumu törədən şəxs hadisəsən əvvəl “Allahu Əkbər" deyə qışqırıb. Onun yanında iki bıçaq olub.

Hadisənin digər halları və yaralı mühafizəçinin vəziyyəti barədə məlumat verilmir.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑