Yenilənmiş exit-poll məlumatlarına görə, İsrail Baş naziri Binyamin Netanyahunun bloku parlament seçkilərində müxalifətlə eyni sayda Knesset yerini qazana bilər.
Beləliklə, Kan-11 televiziya kanalı hər iki blokun hər birinin 51 yer alacağını proqnozlaşdırır. Bu arada, Kanal-12 hesablayıb ki, baş nazirin tərəfdarları 52 yer, rəqibləri isə 49 yer qazana bilər.
Əvvəlcə İsraildə keçirilən əsas exit-poll-lar müxalifətin mövcud hakim koalisiyanı üstələyəcəyini və 52 ilə 53 yer arasında qazanacağını göstərirdi. Qeyd olunur ki, heç bir siyasi qüvvə parlamentdə çoxluq qazana bilməyib.
120 yerlik parlamentdə 61 yerə çatmaq üçün tərəflərdən heç biri yetərli səs toplaya bilməyib. İlkin exit-poll nəticələrinə görə, müxalifət bloku az fərqlə öndədir, lakin hələlik təkbaşına hökumət qurmaq üçün lazım olan səs çoxluğunu əldə edə bilməyib. Hazırkı vəziyyət yeni hökumətin yalnız mürəkkəb danışıqlardan sonra formalaşdırıla biləcəyini göstərir.
Seçkilərin ən diqqət çəkən nəticələrindən birinə imza atan ərəb partiyaları isə exit-poll-lara görə, cəmi 17 və ya 18 yer qazanıb. İsrail mediası həm PAAM-ın, həm də Birgə Siyahının heç bir hakim koalisiyaya qoşulmağı planlaşdırmadığını, lakin parlamentdəki müəyyən təşəbbüsləri dəstəkləyə biləcəyini vurğulayır.
Tahir TAĞIYEV



