İdman · Bizim.Media

Azərbaycan klubu oyuna çıxmaqdan imtina etdi - Maaşları verilmir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan klubu oyuna çıxmaqdan imtina etdi - Maaşları verilmir xəbəri üçün şəkil

Azərbaycan 1-ci Liqasının 7-ci turunda  bu gün keçirilməli olan “Mingəçevir” – “Şahdağ Qusar” matçı baş tutmayıb.

Bizim.Media xəbər verir ki, qonaq konanda meydana çıxsa da, meydan sahiblərinin futbolçuları matçı boykot ediblər. 

Buna səbəb onların uzun müddətdir maaşlarını ala bilməmələridir. Futbolçular etiraz əlaməti olaraq meydana çıxmaqdan imtina ediblər.

Saat 15:00-da başlamalı olan qarşılaşma keçirilməyib. “Mingəçevir” klubuna texniki məğlubiyyət verilməsi gözlənilir.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑