İdman · Apasport.az

Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi xəbəri üçün şəkil

İngiltərə Premyer Liqasında IX turun ən yaxşı futbolçusu bəlli olub.

Apasport.az xəbər verir ki, bu ada “Çelsi”nin yarımmüdafiəçisi Romeo Laviya layiq görülüb.

Belçikalı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə 35 faiz səs toplayaraq digər beş namizədi qabaqlayıb.

Laviya komandasının “Mançester Yunayted”ə 2:0 hesabı ilə qalib gəldiyi görüşdə uğurlu çıxışı ilə yadda qalıb. Yarımmüdafiəçi ikili mübarizələrin 78 faizindən qalib ayrılıb.

Qeyd edək ki, Laviya cari mövsüm bu mükafata layiq görülən dördüncü “Çelsi” futbolçusudur. Daha əvvəl Koul Palmer I, Cordan Henderson VI, Pedro Neto isə VII turun ən yaxşısı seçilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑