İdman · İdman.biz

“Arsenal”a keçəcək gürcü futbolçu ciddi zədə aldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Arsenal”a keçəcək gürcü futbolçu ciddi zədə aldı xəbəri üçün şəkil

Londonun “Arsenal” klubuna keçməyə hazırlaşan 17 yaşlı gürcü futbolçu Andriy Bartişvili ciddi zədə alıb.

İdman.Biz “Geo Team”ə istinadən xəbər verir ki, hazırda Gürcüstanın “İberiya 1999” komandasında çıxış edən yarımmüdafiəçi topuğundan zədələnib və iki-üç ay meydana çıxa bilməyəcək.

“İberiya 1999” klubu futbolçunun MRT müayinəsinin nəticələrini açıqlayaraq topuq bağında zədə aşkarlandığını təsdiqləyib.

Bu səbəbdən Bartişvili Gürcüstan çempionatında mövsümün qalan oyunlarını, həmçinin UEFA Konfrans Liqasının növbəti qarşılaşmalarını buraxacaq.

Gənc futbolçu cari mövsümdə bütün turnirlərdə 21 matçda iştirak edib və meydanda 1097 dəqiqə keçirib. O, avqust-oktyabr aylarında zədələr səbəbindən doqquz oyunu buraxıb. Ötən ay meydana qayıtsa da, cəmi 22 dəqiqə oynaya bilib.

Bartişvilinin transfer hüquqları “Kolxeti-1913” klubuna məxsusdur. O, dekabrda başa çatacaq icarə müqaviləsi əsasında “İberiya 1999”da çıxış edir.

Qeyd edək ki, “Arsenal” gürcü futbolçunun transferi ilə bağlı əvvəlcədən razılığa gəlib. Bartişvilinin 18 yaşını tamamladıqdan sonra, 2027-ci ilin yayında London klubuna qoşulması nəzərdə tutulur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑