BAKI, 5 noyabr. TELEQRAF
İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında ardıcıl 6-cı oyunda qol vurub.
Teleqraf xəbər verir ki, fransalı futbolçu bununla turnirdə özünün ən yaxşı qol seriyasını təkrarlayıb.
Məlumata görə, “Real”ın tarixində Çempionlar Liqasının ardıcıl 6 və daha çox matçında fərqlənən cəmi iki futbolçu var. Bunlar 11 oyunda qol vuran portuqaliyalı Kriştianu Ronaldu və 6 matçlıq seriyaya malik Mbappedir.
Qeyd edək ki, Mbappe bu gün Yunanıstanın AEK klubuna qarşı görüşün 78-ci dəqiqəsində fərqlənərək hesabı bərabərləşdirib. Madrid təmsilçisi son dəqiqə qolu ilə rəqibini 3:2 hesabı ilə məğlub edib.





