UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda Norveçin “Vikinq” və Azərbaycanın “Sabah” komandaları arasında keçirilən qarşılaşmada meydan sahibləri hesabda önə keçiblər.
Globalinfo.az xəbər verir ki, matçın 27-ci dəqiqəsində Erik Botheym fərqlənərək “Vikinq”in ikinci qolunu vurub – 2:1.
***
“Vikinq” – “Sabah” matçında ikinci hissə başlayıb.
***
“Vikinq” – “Sabah” matçında ilk hissə başa çatıb.
Globalinfo.az xəbər verir ki, komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.
***
“Vikinq” 28-ci dəqiqədə hesabı bərabərləşdirib: 1-1
***
“Sabah” 12-ci dəqiqə hesabı açıb. Orfe Embina fərqlənib.
***
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində Norveçin “Vikinq” və Azərbaycanın “Sabah” komandaları arasında qarşılaşmaya start verilib.
Globalinfo.az xəbər verir ki, Stavanger şəhərində keçirilən görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
09:00
“Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq.
Globalinfo.az bildirir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə “Vikinq”in qonağı olacaq.
Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Görüşün baş hakimi niderlandlı Sander van der Eyk olacaq.
“Sabah” daha əvvəl UEFA Çempionlar Liqasının Liqa mərhələsində İngiltərənin “Mançester Yunayted” (0:4) və Almaniyanın “Borussiya” (Dortmund) klublarına uduzub – 1:2. Azərbaycan çempionu Çexiyanın “Slaviya” komandasını 2:0 hesabı ilə məğlub edib.
“Vikinq” isə qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində keçirdiyi əvvəlki üç oyunun 2-də uduzub, 1-də heç-heyə nail olub. İngiltərədə “Aston Villa”ya, Almaniyada “Ştutqart”a (hər ikisi 1:3) uduzan kollektiv evdə Almaniya nəhəngi “Bavariya” ilə bərabərə qalıb – 3:3.




