Bakı, 5 noyabr,
“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin IV turunda Norveçdə “Vikinq”in qonağı olub.
Stavanger şəhərində təşkil olunan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv əvvəlki görüşlərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4, Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:2 hesabı ilə uduzub.
“Sabah” Çexiyanın “Slaviya” komandasını isə 2:0 hesabı ilə məğlub edib.
Bakı klubu Çempionlar Liqasında növbəti oyununu noyabrın 25-də Bakıda İspaniya nəhəngi "Barselona"ya qarşı keçirəcək.
00:51
UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV tur oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar Stavanger şəhərində təşkil olunan qarşılaşmanın fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıb.
Matçı niderlandlı Sander van der Eyk idarə edir.
00:21
UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV tur oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Stavanger şəhərində təşkil olunan qarşılaşmanın 11-ci dəqiqəsində Azərbaycan çempionunun heyətində Orfe Mbina fərqlənib - 1:0.
Matçı niderlandlı Sander van der Eyk idarə edir.
00:00
UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV turun oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Stavanger şəhərində təşkil olunan qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürüb.
Matçı niderlandlı Sander van der Eyk idarə edir.






