UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, “Fənərbağça” İstanbulda “Liverpul”u qəbul edib. Qarşılıqlı qollarla yadda qalan matçda “sarı-lacivərdlilər” əzmkar qələbə qazanıblar – 3:2. Meydan sahiblərinin heyətində Meyson Qrinvud, Arçi Braun və Vedat Muriçi fərqləniblər. Qonaqların qollarını isə Trey Nyoni və Aleksandr İsak vurublar.
“Real” (Madrid) isə Afina səfərində son dəqiqələrdə vurduğu qolla üç xalı qazanıb – 3:2. Paytaxt təmsilçisinin heyətində Cud Bellingem, Kilian Mbappe və Federiko Valverde fərqləniblər.
Qeydə alınan nəticələr:
AEK – Real (Madrid) 2:3
Qollar: Abubakar Kosta, 12, Pilios, 75 – Cud Bellinhem, 32, Mbappe, 78, Valverde, 90
Fənərbağça – Liverpul 3:2
Qollar: Meyson Qrinvud, 29, Braun, 73, Muriçi, 79 – Trey Nyoni, 25, İsak, 69
00:00. Borussiya (Dortmund) – Real Betis
00:00. Portu – Napoli
00:00. PSV – Brügge
00:00. Leyptsiq – Mançester Siti
00:00. Lans – Komo
00:00. Slaviya (Praqa) – Arsenal
00:00. Vikinq – Sabah






