Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turundan sonra bombardirlər yarışında lider dəyişməyib.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Erlinq Holand və "Brügge"nin oyunçusu Nikolo Trezoldi hərəyə 5 qolla ikinci pilləni bölüşür. "Real Madrid"in ulduzu Kilian Mbappe, "Bavariya Münhen"in hücumçusu Harri Keyn və "Barselona"nın yarımmüdafiəçisi Rafinya isə 4 qolla üçüncü yerdə qərarlaşıb.






