İdman · Futbolpress.az

Nankində uğurlu start

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Nankində uğurlu start xəbəri üçün şəkil

Azərbaycan gimnastları Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında mübarizəyə uğurla başlayıblar.

Futbolpress.az xəbər verir ki, ilk təsnifat günündə batut gimnastikası üzrə qarışıq sinxron proqramda yarışan Selcan və Maqsud Mahsudov cütlüyü 50.250 xal toplayaraq yarımfinala vəsiqə qazanıb.

Tamblinq üzrə təmsilçilərimiz də inamlı təsir bağışlayıblar. Tofiq Əliyev 59.500 xalla mərhələni lider, Mixail Malkin isə 57.100 xalla 4-cü pillədə başa vurub. Komanda hesabında isə yığmamız 87.200 xalla 1-ci sıradan finala adlayıb.

Qeyd edək ki, Aleksey Karataşov böyüklər arasında mundialda debüt edir.

Noyabrın 5-də batutçular fərdi proqramda mübarizəyə qoşulacaqlar. Çempionata noyabrın 8-də yekun vurulacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑