Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyunlarını keçiriblər.
Futbolpress.az xəbər verir ki, V turun səfər qarşılaşmaları təmsilçilərimiz üçün uğursuz alınıb.
C qrupunda mübarizə aparan “Gəncə” Rumıniyada “Universitatya”nın (Krayova) qonağı olub. Murat Dikmenin rəhbərlik etdiyi komanda 3-cü perioddan sonra öndə olsa da (75:74), həlledici hissədə təşəbbüsü elədən verərək 96:105 hesabı ilə uduzub. Bu, “Gəncə”nin qrupda 5 oyuna 4-cü məğlubiyyəti olub.
H qrupunda yer alan “Neftçi” isə Bolqarıstanda “Lokomotiv”ə (Plovdiv) 72:76 hesabı ilə məğlub olub. Kostas Vasiliadisin yetirmələri də oxşar ssenari ilə 3-cü periodda önə keçsələr də (53:50), sonuncu hissədə məğlubiyyətlə barışıblar. Keçirdiyi bütün 5 matçda uduzan Bakı klubu qrupda 5 xalla sonuncu, 6-cı pillədə qərarlaşıb.





