İdman · Trend.az

“Vikinq” - “Sabah” matçında ikinci hissə başladı - Çempionlar Liqası (YENİLƏNİB-4)

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Vikinq” - “Sabah” matçında ikinci hissə başladı - Çempionlar Liqası (YENİLƏNİB-4) xəbəri üçün şəkil

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin dördüncü turunda keçirilən “Vikinq” - “Sabah” matçının ikinci hissəsi başlayıb.

Norveçin Stavanger şəhərindəki “Lyse Arena” stadionunda keçirilən qarşılaşmada hesab 1:1-dir.

İlk hissədə “Sabah”ın heyətində Orfe Mbina, meydan sahiblərindən isə Erik Botheym fərqlənib.

XXX

00:53

UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV tur oyununda ilk hissə başa çatıb.

Komandalar Stavanger şəhərində təşkil olunan qarşılaşmanın fasiləsinə 1:1 hesablı heç-heçə ilə yollanıb.

Matçı niderlandlı Sander van der Eyk idarə edir.

XXX

00:38

“Vikinq”in hücumçusu Erik Botheym 27-ci dəqiqədə Kristoffer Haugenin ötürməsindən sonra fərqlənərək “Sabah”la oyunda hesabı bərabərləşdirib - 1:1.

XXX

00:24

“Sabah”ın hücumçusu Orfe Mbina “Vikinq”lə səfər oyununun 11-ci dəqiqəsində hesabı açıb - 1:0.

XXX

00:05

UEFA Çempionlar Liqasının əsas mərhələsində Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında IV turun oyunu başlayıb.

Qarşılaşma Stavanger şəhərində keçirilir.

Matçı niderlandlı Sander van der Eyk idarə edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑