"Borussiya Dortmund" Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Betis"i qəbul edir.
Offsideplus.az xəbər verir ki, oyunun 13-cü dəqiqəsində Antoni fərqlənsə də, onun qolu ofsayd səbəbindən qeydə alınmayıb. 34-cü dəqiqədə Seru Girasinin zədələnməsi səbəbindən o, meydanı tərk edib və yerini Konstantinos Karetsasa verib. 49-cu dəqiqədə isə Fabio Silva hesabı açıb. Qarşılaşma "Siqnal İduna Park" stadionunda keçirilir.





