İdman · Ölkə.az

"Arsenal"ın sabiq qapıçısı David Ospina karyerasını başa vurub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Arsenal"ın sabiq qapıçısı David Ospina karyerasını başa vurub xəbəri üçün şəkil

Ölkə.az xəbər verir ki, təcrübəli qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Karyerası ərzində "Atletiko Nasional" (Kolumbiya), "Nitsa" (Fransa), "Arsenal" (İngiltərə), "Napoli" (İtaliya) və "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı) klublarının formasını geyinən qapıçı London təmsilçisi ilə iki dəfə İngiltərə Kubokunun, üç dəfə isə ölkə Superkubokunun qalibi olub. "Napoli"nin heyətində isə İtaliya Kubokunu qazanıb.

Kolumbiya millisində 131 oyun keçirən Ospina 2024-cü ildə Amerika Kubokunun gümüş, 2016 və 2021-ci illərdə isə bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, qapıçı 2026-cı ilin yayında Meksikanın "Atletiko" klubu ilə müqavilə imzalasa da, dirsək zədəsinin yenidən təkrarlanması səbəbindən komandada heç bir oyuna çıxmayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑