“Real Madrid”in hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında vurduğu qolların sayını 74-ə çatdırıb.
İdman.Biz xəbər verir ki, 27 yaşlı fransalı futbolçu Liqa mərhələsinin dördüncü turunda Yunanıstanın AEK klubuna qarşı keçirilən və Madrid təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatan oyunda fərqlənib.
Mbappe 78-ci dəqiqədə hesabı bərabərləşdirib - 2:2. Qarşılaşmanın 90+2-ci dəqiqəsində isə Federiko Valverde qələbə qolunu vurub.
Fransalı hücumçu bununla Çempionlar Liqasında ardıcıl altıncı oyununda qol vurmağa nail olub.
Dörd turdan sonra 12 xal toplayan “Real Madrid” turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
Madrid klubu növbəti turda, noyabrın 24-də Niderlandın PSV komandası ilə qarşılaşacaq.





