İdman · Bizim.Media

“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub? xəbəri üçün şəkil

Fransa polisi “Qızıl top”un nəticələri ilə bağlı şübhəli mərc fəaliyyətini araşdırır. "Polymarket" platformasında 12 hesab kişi futbolçular arasında səsvermənin ilk beşliyini dəqiq proqnozlaşdırıb.

Bizim.Media xəbər verir ki, “The Athletic”in yaydığı məlumata görə, həmin hesablardan ümumilikdə 250 min avro mərc edilib, qazanc isə təxminən 200 min avro olub.

Hüquq-mühafizə orqanları bu fəaliyyətin məxfi məlumatlardan istifadə ehtimalı ilə bağlı şübhələr yaratdığını bildirib.
 

“France Football” mükafatın nəticələri açıqlanmamışdan əvvəl şübhəli mərc fəaliyyəti barədə məlumatlandırılıb. Təşkilatçı qurum məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşdığını açıqlayıb.


Qeyd edək ki, səsvermədə Harri Keyn birinci olub. İlk beşlikdə həmçinin Kilian Mbappe, Lamin Yamal, Rodri və Lionel Messi yer alıb.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑