İdman · İdman.biz

Bakıda dünya çempionatının ilk qalibləri müəyyənləşdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Bakıda dünya çempionatının ilk qalibləri müəyyənləşdi xəbəri üçün şəkil

Bakıda keçirilən yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında ilk medalçılar müəyyənləşib.

İdman.Biz xəbər verir ki, kişilər arasında hücum nərdivanı ilə dördüncü mərtəbəyə, qadınlar arasında isə ikinci mərtəbəyə qalxma yarışlarının final mərhələsi baş tutub.

Kişilərin mübarizəsində bütün mükafatları Rusiya təmsilçiləri qazanıblar. Dmitri Qrebenşikov dünya çempionu olub. Zelimxan Kubayev gümüş, Stanislav Titorenko isə bürünc medala sahib çıxıb.

Qadınların yarışında da qızıl medal Rusiyaya qismət olub. Mariya Kataseva birinci, Belarus idmançısı Aleksandra Lasenkova ikinci, rusiyalı Yekaterina Sidorenko isə üçüncü yeri tutub.

Qalib və mükafatçılara medalları fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian təqdim ediblər.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑