Aktual · AzPolitika

​Taun təhlükəsi bitir? - Rusiya arxayın edir

Hazırda oxuyur: — Ümumi baxış: 1 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
​Taun təhlükəsi bitir? - Rusiya arxayın edir xəbəri üçün şəkil

Rusiya ölkədəki taun şübhələrinin özünü doğrultmadığını bəyan edir.

“AzPolitika” xəbər verir ki, Rusiya İrkutskda taun olduğu ehtimal edilən hadisənin tədqiqat nəticələrinə əsasən təsdiqlənmədiyini və təhlükəli patogenlərin aşkarlanmadığını bildirib.

“Bloomberg”-in məlumatına görə, Rusiya hakimiyyəti İrkutsk Sibir və Uzaq Şərq Taunla Mübarizə Tədqiqat İnstitutunun əməkdaşının ölümündən sonra profilaktik tədbirlərin dayandırıldığını elan edib. Nəticələrə görə, heç bir təhlükəli patogen aşkar edilməyib.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev 28 yaşlı əməkdaşa pnevmoniya diaqnozu qoyulduğunu, ona işlədiyi təhlükəli infeksiyalara qarşı peyvənd edildiyini bildirib. O əlavə edib ki, institut patogen mikroorqanizmlərlə bağlı heç bir hadisə aşkar etməyib və müəyyən edilmiş təhlükəsizlik qaydalarına əməl edilib.

“AzPolitika.info”

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma1

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑