İran Prezidenti Məsud Pezeşkian ölkəsi ilə Müstəqil Dövlətlər Birliyi (MDB) arasında daimi əməkdaşlıq formatının yaradılmasını təklif edib.
Modern.az xəbər verir ki, İran Prezidenti bu formatın dialoq və əməkdaşlıq üçün çevik və səmərəli mexanizm olmasını nəzərdə tutduğunu bildirib.
“İran dialoq və əməkdaşlıq üçün ‘MDB ölkələri üstəgəl İran’ və ya ‘MDB+1’ formatında çevik və səmərəli mexanizm yaratmağı təklif edir”, – Pezeşkian qeyd edib.
BİRLİKDƏ PAYLAŞAQ
Xəbəri paylaş
Oxunma0
Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.
Xəzər regionunda iqlim dəyişmələri 2050-ci ilədək 2,5 milyondan çox insanın miqrasiyasına səbəb ola bilər.
Modern.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər Ekoloji Sammitində çıxışı zamanı Dünya Bankının məlumatlarını açıqlayıb.
O bildirib ki, Xəzərin ağır ekoloji vəziyyətini regiondakı genişmiqyaslı iqlim dəyişmələrindən ayrı qiymətləndirmək olmaz.
Tokayevin sözlərinə görə, proqnozlar əsrin sonunadək regionun bəzi hissələrində temperaturun 5 dərəcə yüksələ biləcəyin
Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək.
Modern.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı monitorinqlərə başlanılır. Belə ki, monitorinqlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsilalanlar üçün müəyyən edilmiş vahid məktəbli forması tələblərinin, eləcə də təhsilverənlərin p
Dövlət məktəbi bütün cəmiyyətə xidmət edir. Onun siniflərində müxtəlif maddi imkanlara, fərqli ailə ənənələrinə və inanclara malik uşaqlar oxuyurlar. Məktəbin vəzifəsi bu fərqliliklər içərisində hər bir şagird üçün ortaq təhsil mühiti yaratmaqdır. Bunun üçün dərs proqramından davranış normalarına, qiymətləndirmədən geyim tələblərinə qədər əvvəlcədən müəyyənləşdirilmiş qaydalar mövcuddur.
Azərbaycanın seçdiyi hüquqi modeldə həmin mühit dünyəvi xarakter daşıyır. Bu prinsip məktəbin gündəlik fəali