Aktual · AzPolitika

Xəzərlə bağlı ilk iclas Azərbaycanda keçiriləcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Xəzərlə bağlı ilk iclas Azərbaycanda keçiriləcək xəbəri üçün şəkil

Xəzərin səviyyəsinin enməsi ilə bağlı dövlətlərarası komissiyasının ilk iclası 2027-ci ilin ilk yarısında Azərbaycanda keçiriləcək.

"AzPolitika" xəbər verir ki, bu barədə beş Xəzəryanı dövlətin (Azərbaycan, Rusiya, İran, Qazaxıstan, Türkmənistan) başçılarının iştirakı ilə keçirilən Xəzər Ekoloji Sammitində qərar qəbul olunub.

Dövlət başçıları Azərbaycan, Qazaxıstan və Türkmənistanın hökumət başçılarının müavinləri, İran və Rusiyanın yüksəkvəzifəli nümayəndələri səviyyəsində Komissiyanın təsis edilməsini razılaşdırıblar.

Sonrakı iclasların Xəzəryanı dövlətlərin ərazilərində ingilis əlifbasının sıralanma qaydasına uyğun olaraq növbə ilə keçiriləcək.

Sözügedən məsələ ilə bağlı komissiya və ya işçi/ekspert qruplarının yaradılması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülüb.

29 iyun 2022-ci ildə Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident İlham Əliyev Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi və dayazlaşması problemini xüsusi vurğulayaraq, bu ekoloji fəlakətin səbəblərini öyrənmək və fəsadların qarşısını almaq üçün Xəzəryanı ölkələrin mütəxəssislərindən ibarət birgə ekspert qruplarının yaradılmasını təklif edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑