Aktual · AzPolitika

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ - Bu yolda hərəkət məhdudlaşdırılacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ - Bu yolda hərəkət məhdudlaşdırılacaq xəbəri üçün şəkil

Bakı şəhərinin Nizami rayonu, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində yerləşən yol qovşağının bir hissəsində təmir işləri aparılacaq.

Bu barədə "AzPolitika"ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindn məlumat verilib.

Bildirilib ki, nəqliyyatın hərəkətinə təsirin minimuma endirilməsi məqsədilə təmir işləri yalnız gecə saatlarında, aşağıdakı tarixlərdə həyata keçiriləcək:

9 oktyabr saat 23:00-dan 10 oktyabr saat 07:00-dək;

10 oktyabr saat 23:00-dan 11 oktyabr saat 07:00-dək;

11 oktyabr saat 23:00-dan 12 oktyabr saat 07:00-dək.

Təmir işlərinin aparıldığı müddətdə qeyd olunan yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən mümkün sıxlığın qarşısını almaq məqsədilə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑