İdman · AZƏRTAC

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb xəbəri üçün şəkil

Bakı, 10 oktyabr,

Futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda növbəti oyunlar keçirilib.

AZƏRTAC xəbər verir ki, günün ilk görüşündə “Zirə” komandası “Şamaxı” ilə 1:1 hesablı heç-heçə edib.

“Sumqayıt” komandası isə evdə “Qəbələ”ni 4:1 hesabı ilə məğlub edib. Bu, “kimyaçılar”ın mövsümdə ilk qələbəsi olub.

Turun ötən gün baş tutan qarşılaşmalarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:0) üstələyib. “Neftçi” – “Sabah” matçı isə qolsuz bərabərliklə başa çatıb – 0:0.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑