İdman · AZƏRTAC

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar xəbəri üçün şəkil

Bakı, 12 oktyabr,

Azərbaycanın yeniyetmələrdən ibarət kapoeyra yığması Estoniyanın paytaxtı Tallində keçirilən “Tallinn Cup” beynəlxalq turnirində 6 medal qazanıb.

Kapoeyra Federasiyasından AZƏRTAC-a bildirilib ki, bunlardan üçü qızıl, ikisi gümüş, biri bürünc mükafatdır.

Uşaq kateqoriyasında Adnan Cavadlı və Nizami Cavadlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yeniyetmə qızlar arasında Amina Mirzəliyeva birinci olub, Yağmur İsmayılova gümüş medala sahib çıxıb. Kadet oğlanların mübarizəsində Məhəmməd Rüstəmli ikinci, Davud Əli isə üçüncü yeri tutub.

Üç gün davam edən yarışda 13 ölkənin idmançıları mübarizə aparıblar.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑