19:16
Misli Premyer Liqasının VII turunda "Zirə" evdə "Şamaxı" ilə qarşılaşıb.
Axar.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş 1-1 hesabı ilə başa çatıb.
"Zirə" hazırda turnir cədvəlində 11 xalla 5-ci pillədə yer alıb. 10 xala malik "Şamaxı" isə 7-cidir.
Günün son matçında "Qəbələ" səfərdə "Sumqayıt"la üz-üzə gələcək.
Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında "Kəpəz" "Araz-Naxçıvan"ı (2-0) məğlub edib. "Neftçi" - "Sabah" matçı isə qolsuz bərabərliklə başa çatıb.
***
"Sumqayıt" "Qəbələ"yə qalib gəlib.
Meydan sahibləri "SOCAR Polymer Arena"da baş tutan görüşdə rəqibini 4-1 hesabı ilə məğlub edib.




