ABŞ-ın Kanzas ştatında Demokratlar Partiyası 1932-ci ildən bəri ilk dəfə olaraq Senat seçkisində qalib gəlib.
Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.
“Səslərin 90%-dən çoxunun sayılmasından sonra demokrat Adam Hamilton 51,3% səslə 45,7 faiz səs toplamış hazırkı respublikaçı senator Rocer Marşalı geridə qoyaraq Kanzasdan senator olmağa yaxındır. Bu, 1932-ci ildən bəri Kanzasda bir demokratın Senat seçkisində qalib gəldiyi ilk haldır”, - məlumatda qeyd olunub.


