Dünya · Yeni Sabah

"Pəribacaları” cütlüyün həyatına son qoydu - Kapadokiyada faciə

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Pəribacaları” cütlüyün həyatına son qoydu - Kapadokiyada faciə xəbəri üçün şəkil

Türkiyənin Nevşehir vilayətinin Kapadokya bölgəsində "Peribacaları"ndan birinin çökməsi nəticəsində üç nəfər həyatını itirib.

"Yeni Sabah" xəbər verir ki, hadisə oktyabrın 29-da Göreme Açıq Hava Muzeyinin yaxınlığında baş verib. Güclü yağışlardan sonra "Peribacaları"nın birinin qayalıq hissəsi qoparaq ərazidəki turistlərin üzərinə düşüb.

Faciə nəticəsində Sakaryanın Geyve rayonunda fəaliyyət göstərən internet xəbər portalının əməkdaşı, 31 yaşlı jurnalist Fatih Eray Tuna və onun həyat yoldaşı Begüm Çetinkaya Tuna həyatını itirib. Cütlüyün cəmi üç ay əvvəl ailə qurduğu bildirilib. Toyuqlu pizza

Hadisənin digər qurbanı isə 37 yaşlı Fransa vətəndaşı olub. Daha beş nəfər isə xəsarət alıb. 

Hadisə ilə bağlı Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanılıb.


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑