Rus İmperiya sülaləsinin xəzinəsinin gözü – Romanovların məşhur sapfir qolbağı "Sotheby’s hərracında satışa çıxarılır.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, 198 karatlıq brilyantlarla bəzədilmiş bu sapfir qolbağ "Cartier" tərəfindən hazırlanıb.
Hərrac evi bu zinət əşyasını ilkin olaraq təxminən 3 milyon 515 min manat dəyərində qiymətləndirib.
Qiymətli daş XIX əsrə aiddir; onun Romanovlar xəzinəsinə necə daxil olduğu, eləcə də əvvəllər ailə üzvlərindən hansına məxsus olduğu məlum deyil. Lakin hərrac evinin məlumatına görə, bu sapfirlə bəzədilmiş zinət əşyası 1903-cü ildə Qış Sarayında keçirilən balda İmperatriça Mariya Fyodorovnanın boynunda olub.
Sovet hakimiyyəti orqanları imperator ailəsinə məxsus zinət əşyalarının siyahısını tərtib edərkən, bu zinət əşyasının sayəsində ilk çətin, qıtlıq illərində ayaqda qala bilmişdi.
Sovet hakimiyyəti tərəfindən satılmasından sonra, bu sapfirin ilk sahibi polyak opera müğənnisi Hanna Valska olub. Daha sonra daş bir neçə dəfə sahibini dəyişib.
Xatırladaq ki, Romanovlar sülaləsinin sonuncu imperatoru II Nikolay, həyat yoldaşı və beş övladı ilə birlikdə 1918-ci il iyulun 17-də Yekaterinburqdakı İpatyev evində güllələnmişdilər.
Onların ölümündən sonra sovet hakimiyyəti ailəyə məxsus bəzi zinət əşyalarını xaricdəki hərraclarda satmışdı (bunların arasında "Rus gözəli" tiarası və bir neçə Faberje Pasxa yumurtası xüsusilə diqqət çəkir). Bəzi zinət əşyaları isə ailəyə yaxın şəxslər tərəfindən xaricə çıxarılmışdı.
Şəfiqə Şəfa, Bizim.Media




