Dünya · Bakupost.az

Ukrayna Rusiyanın neft zavodunu dronlarla vurdu- FOTO

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ukrayna Rusiyanın neft zavodunu dronlarla vurdu- FOTO xəbəri üçün şəkil

Ukrayna Rusiyanın yanacaq-energetika kompleksinin(YEK) obyektlərinə hücumları yenidən bərpa edib.
"Bakupost" xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynanın müdafiə şirkəti "Fire Point" Rusiyanın Samara vilayətində yerləşən Novokuybışevsk Neft Emalı Zavodunun FP-1 markalı kamikadze dronları ilə vurulduğunu təsdiqləyib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə neft emalı zavodunun yerləşdiyi ərazidən yüksələn alov və qatı tüstü müşahidə olunur.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Kiyevi Rusiyanın neft infrastrukturuna hücumları dayandırmağa çağırdığı barədə məlumatlar yayılmışdı. Ukrayna Prezidenti Volodimir Zelenski isə buna cavab olaraq “enerji atəşkəsi” elan edilməsini və ya Ukraynaya əlavə hava hücumundan müdafiə vasitələrinin verilməsini təklif etmişdi.Qeyd olunur ki, ABŞ tərəfindən tələb olunan yardım və təminatlar verilmədiyindən Ukrayna Rusiyanın enerji infrastrukturuna zərbələri bərpa edib.
Yasəmən, BakuPost

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑